Türkiyənin Diyarbakır şəhərində məhkumları daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir-Silvan avtomobil yolunun Silvanın Yayıklı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
İlkin tibbi yardımdan sonra yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Bəzi yaralılar isə qəza yerinə gələn təcili yardım helikopteri ilə şəhərdəki xəstəxanalara aparılıb.
Qəzadan sonra hadisə yerindən qaçan məhkumlar olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə
