Məzmuna keç

Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

Madaqaskarda "Alvaro" qasırğası nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Risk və Fövqəladə Halların İdarəolunması Bürosu məlumat yayıb.

Qasırğa nəticəsində bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib.

Təxminən 4 ay davam edəcək yağışlı hava dövründə ölkədə daha 2 qasırğanın ola biləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, yanvarın 1-də fırtına kimi ölkəyə daxil olan "Alvaro" yanvarın 2-dən etibarən təsirini artıraraq qasırğaya çevrilib. Hind okeanında ada ölkəsi olan Madaqaskarda yağışlı mövsüm yanvar ayında başlayır və aprel ayına qədər davam edir. Keçən il ölkədə təsirli olan "Cheneso" qasırğası nəticəsində ən azı 30 nəfər həlak olmuşdu.

Şəbnəm Mehdizadə