Məzmuna keç

Türkiyə əfqan əsilli 24 qanunsuz miqrantı deportasiya edib

Türkiyənin Bitlis bölgəsində 24 qeyri-qanuni miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılan miqrantların əfqan əsilli olduğu müəyyən edilib.

Onlar deportasiya olunması üçün Bitlis Miqrasiya İdarəsinə təhvil verilib.

Miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 2 nəfər barədə isə məhkəmə həbs qərarı çıxarıb.

Şəbnəm Mehdizadə