Ekvadorda silahlı dəstə üzvlərinə qarşı keçirilən əməliyyatlarda 329 nəfər saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkə daxilində həyata keçirilən əməliyyatlarda 5 dəstə üzvü məhv edilib.
Əməliyyatlar zamanı 2 polisin həyatını itirdiyini, 1 polisin isə ağır yaralandığını bildirən Vela, iğtişaşların baş verdiyi 5 həbsxanada hələ də 139 mühafizəçinin silahlıların əlində girov olduğunu açıqlayıb.
Vela dəstə üzvləri tərəfindən zorla saxlanılan 41 asayiş keşikçisinin xilas edildiyini, həbsxanadan qaçan 28 məhbusun isə tutulduğunu bildirib.
Əsa hədəfin "Tiguerones", "Los Lobos", "Los Choneros" adlı quldur dəstələrinin olduğunu bildirən Vela, son 2 gündə 61 silah ələ keçirdiklərini qeyd edib.
Qeyd edək ki, mütəşəkkil cinayətkar təşkilatların üzvləri yanvarın 8-də 5 həbsxanada iğtişaşlar törədib, 139 mühafizəçini girov götürüblər. Ekvador prezidenti Daniel Noboa dünən verdiyi açıqlamada silahlı qüvvələrə dəstələri zərərsizləşdirmək üçün göstəriş verib.
Şəbnəm Mehdizadə
