Pakistanın Hayber-Paxtunxva əyalətində deputatlığa namizəd Kelimullah Xan və onun 2 mühafizəçisi silahlı hücumda həlak olub.
E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, əyalətin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kelimullah Xanın maşınına silahlı hücum edib.
Qeyd edək ki, Xan Şimali Vəziristan bölgəsindən deputatlığa bitərəf namizəd idi.
Şəbnəm Mehdizadə
