Türkiyənin Batman şəhərində xəstəxanada yanğın baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Batmanın Pınarbaşı rayonunda yerləşən özəl xəstəxanada qeydə alınıb. Gecə saatlarında psixiatriya palatasında olan xəstənin qaldığı otağı yandırması nəticəsində yanğın başlayıb.
Xəstəxanaya çoxlu sayda yanğınsöndürmə və polis əməkdaşları cəlb edilib.
Reanimasiya şöbəsində olan yeni doğulmuş, xəstə körpələr və uşaqlar təcili tibbi yardım maşını ilə digər xəstəxanalara köçürülüb.
Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb.
Şübhəli şəxs saxlanılıb. Araşdırma aparılır.

Şəbnəm Mehdizadə
