Məzmuna keç

Türkiyədən Yunanıstana getmək istəyən qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin Ədirnə şəhərindən Yunanıstana getmək istəyən qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İpsala Gömrük Qapısında gömrük əməkdaşları tərəfindən aparılan yoxlama zamanı yük maşınında gizlənmiş 8 qanunsuz miqrant aşkarlanıb.

Nəqliyyat vasitəsi ətraflı axtarış üçün anqara aparılıb.

Axtarış zamanı 4-ü Suriya, 3-ü Fələstin və 1-i İraq vətəndaşı olmaqla, 8 qanunsuz miqrantın yüklər arasındakı boşluqlarda gizləndiyi müəyyən edilib.

İpsala Prokurorluğu hadisə ilə əlaqədar istintaqa başlayıb.

Şəbnəm Mehdizadə