ABŞ-ın paytaxtı Vaşinqtonda bir neçə məktəbə eyni anda bomba təhdidləri olan elektron məktublar göndərilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamenti məlumat verib.
Bomba təhdidləri olan mesajlar göndərildikdən dərhal sonra Holy Cross Kolleci təxliyə edilib.
Yoxlamadan sonra məktəbdə şübhəli paket və ya təhlükə aşkar edilməyib.
Polis ərazidə geniş araşdırma aparır.
Şəbnəm Mehdizadə
