Məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 213-ə çatıb

Yaponiyada baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 213-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğu məlumat yayıb.

Məlumatda yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə 25 mindən çox insanın 400 təxliyyə məntəqəsində, 3 min 100 nəfərin isə qapalı vəziyyətdə qaldığı bildirilib.

60 minə yaxın evin elektrik enerjisi kəsilib.

Bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicəsi davam edir.

Hökumət zəlzələ bölgəsində qapalı qalan təqribən 10 min nəfər üçün yaşayış məntəqələri hazırlayacağını açıqlayıb.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

Şəbnəm Mehdizadə