Məzmuna keç

ABŞ-da 17 yaşlı oğlan bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilir

ABŞ-ın Kaliforniya ştatında 17 yaşlı oğlan bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya ştatının Fresno şəhərinin cənub-qərbində yerləşən Ridli şəhərinin yetkinlik yaşına çatmayanlar üzrə məhkəməsində hakim qarşısına çıxarılan oğlan ona qarşı irəli sürülən ittihamları rədd edib.

Məhkəmə onun həbs-qətimkan tədbirinin uzadılmaısna qərar verib. Təqsiri sübuta yetiriləcəyi halda onun 25 yaşına qədər islah müəssisəsində saxlanacağı gözlənilir.

Prokurorlar R.İ.-nin yetkinlik yaşına çatmış kimi mühakimə olunmasını tələb edirlər. Bu halda onun ömürlük həbs cəzası ala biləcəyi bildirilir.

Polis öldürülən 4 nəfərdən 3-nün cəsədinin qurbanların evlərinin arxasındakı bağda, digərinin isə R.İ.-nin evinin qarajında ​​basdırıldığını açıqlayıb.

"The Fresno Bee" qəzetinin məlumatına görə, polis qurbanların evində silah və pul olan seyfin zorla açılaraq boşaldıldığını və bunun qətl üçün mümkün motiv ola biləcəyini açıqlayıb.

R.İ.-nin cinayət işində şübhəli şəxs kimi anası və sevgilisi isə zaminə buraxılıblar.

Şəbnəm Mehdizadə