Məzmuna keç

İstanbulda zavodun anbarında güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində anbarda güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beylikdüzü adlı ərazisində hidravlik maşın istehsalı zavodunun anbarında naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə dərhal polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadası qrupları göndərilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və soyutma işləri aparılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə