Türkiyənin Hakkari, Artvin, Trabzon və Giresun şəhərlərində qarlı hava şəraiti ilə əlaqədar olaraq tədris prosesi təxirə salınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq bütün ibtidai və orta məktəblərdə, xüsusi tədris və reabilitasiya mərkəzlərində tədris prosesi dayandırılıb.
Həmçinin əlillər, hamilə qadınlar və dövlət qulluqçuları bir günlük məzuniyyətə göndərilib.
Şəbnəm Mehdizadə
