Məzmuna keç

Yataqxanada qalan 60 tələbə qidadan zəhərlənib

Türkiyənin Qara dəniz bölgəsində yerləşən Kastamonu şəhərində tələbələr arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yataqxanada qalan tələbələrdən bəziləri ürəkbulanma və qusma şikayəti ilə təcili tibbi yardıma müraciət etməyə başlayıblar.

60 tələbə təcili tibbi yardım vasitəsilə Kastamonu Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Tələbələrdən biri jurnalistlərə açıqlamasında deyib ki, toyuq tantunidən zəhərləndiklərini ehtimal edirlər: "Axşam toyuq tantuni yemişdik. Səhərə yaxın özümüzü pis hiss etməyə başladıq. İshal, qusma, ürəkbulanmadan şikayətlənirdik. Daha sonra təcili yardımla xəstəxanaya gətirildik".

Şəbnəm Mehdizadə