Türkiyənin Hatay vilayətində fəhlələri daşıyan iki avtobus toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Avtobuslarda sıxışmış vəziyyətdə qalan 6 yaralı xilas edilərək Dörtyol Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların vəziyyətinin normal olduğu bildirilib.
Şəbnəm Mehdizadə
