Türkiyənin Osmaniye şəhərində PKK/YPG terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 5 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilat üçün Suriyada silahlı fəaliyyətdə iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirilib.
Müəyyən edilən ünvanlarda keçirilən əməliyyat zamanı Suriya vətəndaşı olan 5 şübhəli şəxs yaxalanıb.
Müvafiq prosedurların ardınca hakim qarşısına çıxarılan şəxslər barəsində həbs qərarı çıxarılıb.
Şəbnəm Mehdizadə
