Məzmuna keç

İndoneziyada vulkan püskürməsi səbəbindən 6500 nəfər təxliyə edilib

İndoneziyanın Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsində Levotobi Laki-Laki vulkanı püskürüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər bir müddətdir aktiv olan vulkanın dünəndən bəri 40 dəfə püskürdüyünü açıqlayıb.

Hadisə ilə bağlı 6500 insan təcili təxliyə edilib.

Əhaliyə vulkanın ətrafındakı 4 kilometrlik ərazidən uzaq durmaqla bağlı xəbərdarlıq edilib.

Tələfat və dağıntının olmadığını bildirilib.

Qeyd edək ki, yanvarın 1-də İndoneziyada Levotobi Laki-Laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib. Vulkanın püskürməsindən sonra yanvarın 10-da ən yüksək səviyyəli həyəcan siqnalı verilib.

Şəbnəm Mehdizadə