Məzmuna keç

Mersində İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Polis və Mersin Şəhər Prokurorluğunun apardığı birgə istintaq zamanı 10 nəfərin münaqişə bölgələrinə şəxsi heyət cəlb etdiyi və terror təşkilatı üzvlərinin sərhədi qanunsuz keçməsinə vasitəçilik etdiyi müəyyən edilib.

Həmin şəxslərin ünvanına eyni vaxtda əməliyyat keçirilib.

Şübhəlilərin tutulması istiqamətində axtarışlar davam edir.

Şəbnəm Mehdizadə