Məzmuna keç

Meksikada 726 miqrant xilas edilib

Meksikanın mərkəzi Tlaxcala əyalətində anbarda saxlanılan 726 miqrant xilas edilib.

E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, polis əyalətin San Antonio Cuaxomulco qəsəbəsindəki anbarda çətin şəraitdə saxlanılan miqrantları xilas etmək üçün əməliyyat keçirib.

75-i uşaq olmaqla 726 miqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Hadisə ilə bağlı 4 insan qaçaqmalçısı saxlanılıb.

Miqrantların Qvatemala, Honduras, Salvador və Nikaraqua vətəndaşları olduğu bildirilib.

Miqrantların həddindən artıq susuz və oksigensiz qaldığı bəlli olub. Onlardan bəziləri xəstəxanalarda müalicə olunur.

Şəbnəm Mehdizadə