Məzmuna keç

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 39 nəfər ölüb

Kolumbiyada magistral yolda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Birliyi (Ungrd) məlumat yayıb.

Məlumata görə, Kolumbiyanın Kolumbiyanın Choco inzibati bölgəsində yanvarın 13-də Quibdo-Medellin avtomobil yolunda baş verən təbii fəlakət nəticəsində itkin düşənlərin axtarışları davam edir.

Magistral yolu ziyarət edən prezident Qustavo Petro torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Prezident həlak olanların ailələrinə hər cür dəstəyi verəcəklərini söyləyib.

Şəbnəm Mehdizadə