Məzmuna keç

Zambiyada vəbadan ölənlərin sayı 374-ə çatıb

Zambiyada vəba epidemiyasından ölənlərin sayı 374-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Silvia Masebo məlumat verib.

O bildirib ki, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bu yana ölkənin 116 regionundan 45-də yayılıb.

Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo, 431 yeni yoluxma faktının aşkarlandığını bildirib.

Beləliklə, 2023-cü ilin oktyabr ayından bəri ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 374-ə çatıb.

Nazir son 24 saatda müxtəlif müalicə mərkəzlərindən 363 xəstənin evə buraxıldığını da deyib.

Şəbnəm Mehdizadə