Türkiyənin Mersin şəhərində baş verən ağır yol qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
E-huquq.az xəbər “TRT Haber”ə istinadən xəbər verir ki, Mersin-Antalya yolunda şəhərlərarası sərnişin avtobusu şlaqbaumlara çırpılaraq aşıb.
Hadisə yerinə təcili tibbi yardım, jandarma, AFAD və xilasetmə qrupları cəlb edilib.
Təcili tibbi yardım əməkdaşları qəzada 9 nəfərin öldüyünü müəyyən edib.
Yaralılar təcili yardım maşınları ilə Aydıncık, Anamur və Silifke xəstəxanalarına aparılıb.
Mersin valisi Ali Hamza Pehlivan hadisə yerinə gedərək qəza ilə bağlı məlumat alıb. Vali ölənlərin ailəsinə başsağlığı verib.
Ədliyyə naziri Yılmaz Tunç qəza ilə bağlı cinayət işi açıldığını bildirib.
Şəbnəm Mehdizadə
