Türkiyənin 10 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.
Nazir Konya, Ankara, İstanbul, Bursa, Antalya, Ordu, Balıkesir, Tokat, Aydın ve Afyonkarahisar vilayətlərində keçirilən “Kıskaç-4” adlı əməliyyatlar zamanı 32 şübhəli şəxsin saxlanıldığnı bildirib.
Əməliyyatlar zamanı külli miqdarda xarici valyuta, qızıl, türk lirəsi, rəqəmsal materiallar, təşkilati sənədlər və silahlar ələ keçirilib.
“Milli iradəmizə qarşı çevriliş etməyə cəhd edən terrorçulara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
