Məzmuna keç

Mağaza sahibi ilə icarədar arasında dava düşdü, 6 nəfər yaralandı

Türkiyənin Uşak şəhərində kütləvi dava zamanı 6 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin Cümhuriyyət adlı məhəlləsində market işlədən şəxslə əmlak sahibi arasında başlayan mübahisə qısa müddətdə insidentə çevrilib.

Dava zamanı tərəflərin yaxınları bir-birinə bıçaqla hücum edib. Nəticədə 6 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Şəbnəm Mehdizadə