Məzmuna keç

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyənin Kayseri şəhərində 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 09:05-də Kayserinin Yahyalı rayonunda qeydə alınıb.

Zəlzələ yerin təxminən 18,98 kilometr dərinliyində baş verib.

Şəbnəm Mehdizadə