Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 4 mərtəbəli oteldə yanğın olub.
E-huquq.az DHA-ya istinadən xəbər verir ki, otelin 3-cü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Oteldə olan şəxslər dərhal təxliyə olunub.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şəbnəm Mehdizadə
