Türkiyənin 11 vilayətində İŞİD və "Əl-Qaidə" terror təşkilatlarına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.
Nazir bildirib ki, Antalya, Düzce, Elazığ, İstanbul, Konya, Mersin, Ordu, Rize, Sakarya, Sivas və Trabzonda terror təşkilatlarına qarşı keçirilən və 3 gün davam edən “Kahramanlar-45” adlı əməliyyatlar zamanı 36 şübhəli saxlanılıb.
Axtarışlar zamanı 39 min dollar, 11 min avro, 200 min lirə və külli miqdarda başqa ölkələrə məxsus xarici valyuta və rəqəmsal material və sənədlər ələ keçirilib.
“Qəhrəman polislərimizi təbrik edirəm. İlin 365 günü 4 mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar həyata keçiririk. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək" – deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
