Perunun Braziliya ilə sərhədindəki Santa Rosa şəhərində keçirilən əməliyyat zamanı iki tondan çox narkotik maddə ələ keçirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Peru, Braziliya və Kolumbiya ordularının birgə səyi ilə həyata keçirilib.
Əməliyyat zamanı 7-si kolumbiyalı olmaqla 8 nəfər saxlanılıb.
Kolumbiyanın Amazonas inzibati bölgəsinin Letisiya şəhərində həyata keçirilən əməliyyat zamanı isə 250 kiloqram partlayıcı maddəni ələ keçirildiyi bildirilib.
Kolumbiya prezidenti Qustavo Petro "X" sosial media hesabındakı paylaşımında əməliyyatda iştirak edən ölkələrin təhlükəsizlik qüvvələrini təbrik edib.
Şəbnəm Mehdizadə
