Məzmuna keç

Nigeriyada “Boko Haram”ın 11 üzvü öldürülüb

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində "Boko Haram" terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 11 terrorçu zərərsizləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama məlumat verib.

O, Borno əyalətinin Timbuktu bölgəsi və Sambisa meşəsində "Boko Haram"a qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Əməliyyatlar zamanı 11 terrorçunun öldürüldüyünü, 25 terrorçu düşərgəsinin məhv edildiyini qeyd edib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram"ın 2009-cu ildən bəri təşkil etdiyi hücumlarda 20 mindən çox insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə