Almaniyada məscidlərə hədələyici məktublar göndərilməkdə davam edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəzi Kölndə yerləşən Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) nəzdindəki ayrı-seçkiliklə mübarizə qurumundan verilən açıqlamada yanvarın 1-dən bu yana Almaniyadakı məscidlərə təhqir və təhdidlər ehtiva edən çoxlu məktub göndərildiyi bildirilib.
Açıqlamada ən son Dinslakendəki DİTİB Səlimiyə məscidinə təhqiramiz və irqçi məktub göndərildiyi bildirilib.
Digər tərəfdən, açıqlamada ilin əvvəlindən bu yana Köln Mərkəzi Məscidinə təhdid dolu 17 elektorn poçt göndərildiyi barədə məlumat qeyd olunub.
Bu vəziyyətlə bağlı polisə məlumat verildiyi və məsələ ilə bağlı araşdırma aparıldığı vurğulanıb.
Şəbnəm Mehdizadə
