Qrenlandiya iqlim dəyişikliyi səbəbindən saatda orta hesabla 30 milyon ton buz itirir.
E-huquq.az xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb.
Xəritədə, demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri toplanıb. Tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər.
Məlumatlar Qrenlandiyanın proqnozlaşdırılandan 20 faiz çox əridiyi göstərir. Bundan əlavə, Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib.
Çad Qrin Qrenlandiyanın, demək olar ki, hər bölgəsində eyni vaxtda ərimənin müşahidə edildiyini və buzlaqların geri çəkildiyini bildirib. Tədqiqatçıların fikrincə, əriyən buzlaqların səbəb olduğu əlavə şirin su mənbələrinin okean axınlarının çökməsini sürətləndirə bilər.
Sözügedən ərimə səbəbindən dəniz səviyyəsində təxminən 13 millimetr yüksəliş olduğu bildirilib. Tədqiqata daxil edilən 200-dən çox buzlaqdan yalnız birinin 1985-ci ildən bəri böyüdüyü məlum olub.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə
