Məzmuna keç

ABŞ-da şaxtalı hava nəticəsində 21 nəfər ölüb –

ABŞ-ın bəzi ştatlarında qarlı havaya görə 6 gündə 21 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında yanvarın 12-dən bu günədək ölənlərin sayı 21-ə yüksəlib.

Meteoroloji xidmətlər Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını və küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatdığını bildirib.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

“FlightAware” saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib. Həmçinin, bu gün ölkənin üç ştatında 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

Şəbnəm Mehdizadə