Məzmuna keç

Türkiyədə yağ fabrikində yanğın olub

Türkiyənin Ədirnə şəhərində 5500 ton günəbaxan tumunun olduğu yağ fabrikində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Ədirnə-Havsa yolunda yerləşən və duru yağ istehsal olunan "Aysan" adlı fabrikdə qeydə alınıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, jandarma, xilasetmə və AFAD əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün iş aparır.

Şəbnəm Mehdizadə