Məzmuna keç

Ekvadorda prokurorun qətlində şübhəli bilinən 2 nəfər saxlanılıb

Ekvadorda prokurora qarşı sui-qəsd törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Ceym Vela məlumat verib.

O, 2 nəfərin tutulduğunu və çox sayda silah-sursatın müsadirə edildiyini bildirib.

Silahlı dəstələrə qarşı əməliyyatların qətiyyətlə davam etdiyini xatırladan Vela prokuror Suaresin öldürülməsinin “Çone Killers” adlı cinayət təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini söyləyib.

Sui-qəsdlə bağlı daha iki nəfərin axtarıldığını vurğulayan Vela qısa zamanda nəticə əldə etməyi hədəflədiklərini bildirib.

Qeyd edək ki, "TC Television" telekanalının studiyasına canlı yayım zamanı edilən silahlı hücumu araşdıran prokuror Sezar Suares Quayaquil şəhərinin şimalındakı Bombero bulvarında avtomobillə hərəkət edərkən silahla hücuma məruz qalıb. Başından güllə yarası alan prokuror Suares hadisə yerində dünyasını dəyişib.

Şəbnəm Mehdizadə