Türkiyənin Ərzurum şəhərində şagirdlər qar səbəbindən məktəbdə köməksiz vəziyyətdə qalıblar.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qar və çovğun səbəbiylə yolların bağlanmasına görə bir qrup şagirdin evlərinə gedə bilməməsi barədə rayon bələdiyyəsinə məlumat daxil olub.
Əraziyə dərhal xilasedici qruplar göndərilib.
Qarlı hava üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitəsinin köməyi ilə məktəblilər evlərinə çatdırılıb.

Şəbnəm Mehdizadə
