Türkiyənin Mersin şəhərində İŞİD və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 8 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər polis idarəsinin Terrorla Mübarizə Şöbəsi İŞİD üzvlərinin fəaliyyətlərinin deşifrə edilməsi üçün əməliyyat keçirib. Müəyyən edilmiş şübhəli şəxslərin keçmişdə silahlı fəaliyyət göstərdikləri, təşkilatın ideologiyasına uyğun hərəkət edərək münaqişə zonalarına şəxsi heyətin cəlb edilməsi istiqamətində fəaliyyət göstərdikləri, təşkilat üzvlərinin sərhədi qanunsuz keçməsinə vasitəçilik etdikləri məlum olub.
Əldə edilən məlumata əsasən, 4 gün əvvəl səhər saatlarında aralarında xüsusi təyinatlı qüvvələrin də olduğu 152 polis əməkdaşının, o cümlədən pilotsuz təyyarələrin dəstəyi ilə eyni vaxtda əməliyyat təşkil edilib. Axtarışlar zamanı 8 şübhəli şəxs saxlanılıb.
Nəzarətə alınan şübhəlilərdən 21 min 500 Suriya lirəsi, 800 avro, 23 min 100 dollar və çoxlu təşkilati vəsait ələ keçirilib. Polis bölməsində müvafiq prosedurlar başa çatdıqdan sonra həmin şəxslər hakim qarşısına çıxarılıb.
Onlardan 5-i həbs edilib, 3-ü isə şərti olaraq sərbəst buraxılıb.
Polisin PKK/KCK terror təşkilatının maliyyə fəaliyyəti ilə bağlı araşdırması çərçivəsində isə 1 nəfər şübhəli şəxs tutulub. O, PKK üzvü olmaqda təqsirləndirilərək həbs edilib.
Şəbnəm Mehdizadə
