Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən FETÖ üzvləri yaxalanıb

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən FETÖ terror təşkilatının üzvləri tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Ədirnənin Meriç rayonu yaxınlığındakı qadağa olunmuş zonasında əməliyyat keçirib.

Əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana getməyə cəhd edən 2 nəfər yaxalanıb.

Həmin şəxslərin FETÖ ilə əlaqəsi olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə