Məzmuna keç

Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Bitlis şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı Bitlisin Tatvan rayonunda əməliyyat keçirib.

Əməliyyat zamanı əfqan əsilli 18 qeyri-qanuni miqrant yaxalanıb.

Miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Miqrantlar deportasiya prosedurları üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə