Türkiyənin 13 vilayətində eyni vaxtda həyata keçirilən "Qəfəs-31" əməliyyatı nəticəsində 12 ölkənin İnterpol xətti ilə axtarışa verdiyi 42 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya ve Uşakda eyni vaxtda əməliyyat keçirilib.
Nəticədə Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistant ərəfindən axtarışa verilən 42 nəfər tutulub.
Həmin şəxslərin mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik ticarəti, qəsdən adam öldürmə, miqrant qaçaqmalçılığı, soyğunçuluq, dələduzluq və oğurluq kimi cinayətlərdə ittiham olunduğu bildirilib.
Yerlikaya ilin əvvəlindən bu yana qırmızı bülletenlə axtarışa verilən 114 nəfərin saxlanıldığını qeyd edib.
Şəbnəm Mehdizadə
