Məzmuna keç

Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Davao de Oro bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Monkayo ​​şəhərində ev dağıdılıb.

Mülki Müdafiə İdarəsinin regional direktoru Ednar Dayangiranq aralarında uşaqların da olduğu ən azı 7 nəfərin öldüyünü, 2 nəfərin ağır yaralandığını, 5-10 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

O, günlərlə davam edən leysan yağışları nəticəsində bir çox kəndin su altında qaldığını bildirib.

Qeyd edək ki, 7 600-dən çox adadan ibarət olan və ildə təxminən 20-yə yaxın tropik qasırğanın baş verdiyi Filippində tez-tez torpaq sürüşmələri və daşqınlar baş verir.

Şəbnəm Mehdizadə