Məzmuna keç

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 41-ə çatıb

ABŞ-da bir həftədir davam edən şiddətli qar fırtınası nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəsmiləri Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında yanvarın 12-dən bəri soyuq havaya görə ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Təkcə Tennessi ştatında soyuq hava ilə əlaqədar 14 nəfər ölüb. Frtınanın ştatda yüzlərlə yol qəzasına səbəb olduğu bildirilib.

Nyu-York qubernatoru Keti Hoçul Buffalo bölgəsində şiddətli qar fırtınası səbəbiylə təşkil edilən mətbuat konfransında, “Bu qar fırtınası təsiri əsrlər boyu davam edəcək bir fırtınadır. "Bu, şübhəsiz ki, əsrin çovğunudur" – deyə bildirib.

Bölgə rəsmisi Mark Polonkarz fırtınadan sonra 3 nəfərin öldüyünü bildirib.

Vaşinqton ştatında ölkə daxilində temperaturun donma nöqtəsindən xeyli aşağı düşdüyü 4 gün ərzində hipotermiya səbəbiylə 5 nəfərin öldüyü açıqlanıb. Pensilvaniyanın şimal-şərqində avtomobilin sürüşməsi nəticəsində baş verən qəzada 5 nəfər ölüb.

Şəbnəm Mehdizadə