Məzmuna keç

Türkiyədə polis 3 ailə üzvünü güllələyib, sonra intihar edib

Türkiyənin Sakarya şəhərində psixoloji sarsıntı keçirən polis əməkdaşı ailə üzvlərini güllələyib, daha sonra intihar edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis məmuru İlker Tarık Ünal qızını, həyat yoldaşını və anasını güllələyib. Daha sonra öz canına qəsd edib.

Polis və qızı hadisə yerində, həyat yoldaşı isə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, polis məmuru həyat yoldaşından boşanmaq ərəfəsində imiş. O, arvadı ilə danışmaq üçün evə gəlib. Bu zaman onların arasında mübahisə yaşanıb. Mübahisə zamanı özündən çıxan İlker Tarık Ünal silaha əl atıb və ailə üzvlərini gülləyib, daha sonra həmin silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə