Məzmuna keç

ABŞ-da qarlı hava 80-dən çox insanın ölümünə səbəb olub

ABŞ-da son bir həftə ərzində şaxtalı hava şəraiti ilə əlaqədar 80-dən çox insan həyatını itirib.

E-huquq.az "CBS News"a istinadən xəbər verir ki, soyuq hava milyonlarla insanın həyatına mənfi təsir edib.

Ölkədə fırtınaya görə elan edilən fövqəladə vəziyyət davam edir.

Oreqon, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında elektrik enerjisi kəsilib.

Şaxtalı havanın qarşıdakı günlərdə də davam edəcəyi bildirilir.

Tennessi ştatında 10 milyon insana elektrik enerjisinə qənaət etməyə dair çağırış edilib.

Şəbnəm Mehdizadə