Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Van-Bitlis yolunda idarəetmədən çıxan sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində 4-ü uşaq olmaqla 27 nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralılar Van Tədris və Araşdırma Xəstəxanası və Gevaş Dövlət Xəstəxanasına aparılıb.
Onların səhhətinin yaxşı olduğu qeyd olunub.
Şəbnəm Mehdizadə
