Məzmuna keç

Türkiyədə tekstil fabrikində yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Osmaniye şəhərində tekstil fabrikində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Osmaniyenin Toprakkale rayonunda yerləşən fabrikdə naməlum səbəbdən başlayan yanğın nəticəsində 4 fəhlə tüstüdən zəhərlənib.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Yanğın ətraf rayonlardan gələn yanğınsöndürmə briqadalarının dəstəyi ilə söndürülüb.

Fəhlələr ətrafdakı xəstəxanaya aparılıb.

Yanğın nəticəsində fabrikə ziyan dəyib.

Şəbnəm Mehdizadə