Türkiyənin İstanbul şəhərində vəkil Fatih Gürbüz Karaqoyunluya 20 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.
E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, mərhum vəkilin 14 yaşlı oğlu K.Karakoyunlu qətli törətməkdə şübhəli bilinərək saxlanılıb.
O, ilkin dindirilmə zamanı atası ilə dərslərinə görə mübahisə etdiyini söyləyib. Yeniyetmənin sözlərinə görə, atası ona idmanla məşğul olmağa mane olduğuna görə bu addımı atıb.
Şəbnəm Mehdizadə
