Məzmuna keç

Nigeriyada silahlı şəxslər 29 nəfəri qaçırıb

Nigeriyanın Katsina əyalətində silahlı şəxslər 29 nəfəri qaçırıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Taşar Na-Qulle kəndinə basqın ediblər.

Onlar uşaqlar da daxil olmaqla 29 nəfəri qaçırıb.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə qarşılığında adam oğurluğu hallarına rast gəlinir.

Silahlı şəxslər ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və onlardan fidyə tələb edirlər.

Şəbnəm Mehdizadə