Məzmuna keç

Ankarada İŞİD-ə qarşı əməliyyat: 4 nəfər barədə həbs qərarı çıxarılıb

Türkiyənin Ankara şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı terror təşkilatı ilə əlaqəsi müəyyən edilən 4 nəfər barəsində həbs qərarı çıxarılıb.

Həmin şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə