Məzmuna keç

Türkiyədə fabrikdə yanğın baş verib

Türkiyənin Antalya şəhərində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Antalyanın Döşemelaltı rayonunda yerləşən plastik qablar istehsal edən fabrikdə qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda xilasetmə briqadası və yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər bir müddət sonra yanğının qarşısını ala bilib.

Yanğın zamanı fabrikə ciddi ziyan dəyib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə