İranda 2022-ci ildə aksiyalar zamanı polis məmurunu öldürməkdə ittiham olunan 24 yaşlı Məhəmməd Kubadlu edam edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Kubadlu 2022-ci ildə Tehran əyalətinin Ribatkarim rayonunda keçirilən nümayişlərə müdaxilə edən polis məmuru Ferid Kerempuru avtomobillə əzərək öldürməkdə və 5 polis əməkdaşını yaralamaqda ittiham olunub.
Edam cəzası Ali Məhkəmənin qərarı təsdiqlədikdən sonra həyata keçirilib.
Şəbnəm Mehdizadə
