Myanma hərbi təyyarəsi uçuş-enmə zolağından çıxıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 8 əsgər yaralanıb.
Həmçinin kolluq əraziyə daxil olan təyyarənin gövdəsində çatlar yaranıb. Yaralı əsgərlər xəstəxanaya aparılıb.
Təyyarənin keçən həftə silahlı qarşıdurmalara görə Hindistana sığınan əsgərləri ölkələrinə qaytarmaq üçün hava limanına gəldiyi bildirilib.
Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra son iki ayda Myanma ordusunun 700-ə yaxın əsgəri Hindistan ərazisinə keçib. Hindistan isə əsgərləri öz ölkələrinə göndərməyə başlayıb. Məlumata görə, keçən həftə 276 Myanma əsgəri Hindistana keçib və onlardan 184-ü geri göndərilib.
Şəbnəm Mehdizadə
